Səfərov qardaşlarının karvansarası XVIII əsrdə Şuşa şəhərində inşa edilmiş karvansaradır.
Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra karvansaranın binası dağıdılıb.
Karvansara Şuşanın adlı sanlı taciri Haci Murtuza Səfərov tərəfindən oğlanları Əhəd, Səməd, Mürsəl və Manafin şərəfinə inşa etdirib. Karvansara zamanında Şuşa şəhərinin ən böyük karvansarası olub.
Karvansaranın sağ və sol qanadları iki qatdan, mərkəzi hissəsi isə üç qatdan ibarətdir. Birinci qat dükanlardan, emalatxanalardan, ikinci və üçüncü qatlar isə zərgər emalatxanası, yeməkxana və mehmanxana kimi istifadə olunub. Karvansaranın öz həyəti, namaz otaqları, gələn qonaqların atlarınınn xüsusi saxlamaq yerindən ibarət olub. Karvansaranın memarı Kərbəlayi Səfixan Qarabağidir.
Karvansara ölkə əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 361
Coğrafi koordinatları – 39°45’37.6″N 46°45’06.0″E







