SARAYLAR

İkimərtəbəli kanvansara

İkimərtəbəli Kanvansara XIX əsrdə Şuşa şəhərində inşa edilmiş mehmanxana tipli ikimərtəbəli binadır.

Məşədi Hüseyn Mir Səyyaf oğlu 1888-1889-cu illərdə Hacı Əmiraslan bəyin karvansarasını alandan sonra onu sökərək yerində inşa etdirib. Bu üzdən karvansara xalq arasında Hacı Səyyaf oğlu karvansarası kimi tanınırdı. Onun yerində məşhur Şuşa memarı Kərbəlayi Səfıxan Qarabaği Məşədi Şükür Mirsəyyaf oğlunun yeni tələblərə cavab verən karvansarasını tikdi. Bu karvansara istər böyüklüyünə, istərsə də memarlıq üslubuna görə, şəhərdəki digər karvansaralardan seçilirdi.

Birinci mərtəbədə iyirmiyə qədər dükan dəlləkxana, çəkməçi, dərzi, sərrac, papaqçı, nalbənd və sair dükanlar, bir neçə ticarət dükanı, dini ayinləri icra etmək üçün məscid fəaliyyət göstərirdi.

İkinci mərtəbədə isə tacirlərin, səyyahların, ümumiyyətlə, şəhərin qonaqlarının dincəlməsi üçün 25 otaq vardı. ikinci mərtəbədə təxminən 9 x 8 metr ölçüdə ibadət zalı olan üçnefli məscid də var idi.

Şimal tərəfdən çöl tərəfdən əlavə 4 dükan, 3 böyük dalan və qapançı vardı.

Karvansara ölkə əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 346

Coğrafi koordinatları – 39°45’38.1″N 46°45’07.5″E

FacebookTwitterWhatsappTelegramEmail