Dizaq məliklərinin sarayı və ya Məlik Yeqanın sarayı Xocavənd rayonunun Tuğ kəndi ərazisində yerləşən yaşayış kompleksidir.
Kompleksə daxil olan tikililər müxtəlif dövrlərdə inşa edilib. Əsas saray binasının birinci mərtəbəsi XVIII əsrin 20-30-cu illərində, ikinci mərtəbəsi isə XIX əsrdə tikilib. Saray kompleksinin daha qədim tikililərin yerində inşa olunması ehtimal edilir.
Kompleks 38 x 13,24 metr ölçülər və planda düzbucaqlı formaya malikdir. Sarayın şimal və cənub-şərq tərəflərində qala divarlarının perimetrinə çıxan qalın divarların qalıqları vardır. Sarayın qonaq və yaşayış otaqları üç istiqamətdə qruplaşdırılıb. Otaqların bir neçəsi birbaşa saray həyətinə açılır. Sarayın şimal-şərq hissəsinin birinci mərtəbəsində iki otaq, onların üstündə ikinci mərtəbədə isə eyvanlı böyük zal yerləşir.
Coğrafi koordinatları – 39°35’16.6″N 46°57’51.7″E


















