SARAYLAR

Həmzə Soltan sarayı

Həmzə Soltan sarayı Laçın rayonunun Hüsülü kəndi ərazisində yerləşir. XVIII əsrdə tikilməsi ehtimal edilən sarayın tikintisində şərq memarlıq ənənələrindən geniş istifadə edilib. Tarixi sənədlərdə sarayın 1761-ci ildə tikilməsi haqqında məlumat verilir.

Saray əvvəl böyük bir kompleks təşkil etsə də, dövrümüzə ondan yalnız bir saray binası qalıb. Bina memarlıq və mühəndislik baxımından dövrünün möhtəşəm tikintisi olub. Həmzə Soltan sarayı işğal dövründə qonaq evi kimi istifadə olunub.

Saray yerli əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 4727

Coğrafi koordinatları – 39°38’28.0″N 46°25’21.8″E

FacebookTwitterWhatsappTelegramEmail