ABİDƏLƏR

Üzeyir Hacıbəyovun heykəli

Üzeyir Hacıbəyovun heykəli 1985-ci ildə azərbaycanlı bəstəkar, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi, Azərbaycan Respublikası himninin bəstəkarı, müsəlman şərqində ilk operanın müəllifi Üzeyir Hacıbəyova Şuşa şəhərində ucaldılmış abidədir.

Bəstəkarın 100 illik yubileyi münasibətilə hazırlanan abidənin müəllifi heykəltaraş Əhməd Salikovdur.

Heykəl Şuşa şəhərinin işğalından sonra erməni vandalizminə məruz qalaraq tamamilə məhv edilib. Şəhər işğaldan azad edildikdən sonra yenidən bərpa olunub.

Bürüncdən hazırlanan heykəl Şuşa şəhərində öz əvvəlki yerində ucaldılıb. Abidə heykəltaraşlar Aslan Rüstəmov, Teymur Rüstəmov, Mahmud Rüstəmov tərəfindən hazırlanıb. Heykəlin modeli qalmadığından yeni abidə o dövrün mətbuatında dərc olunan və arxivdə saxlanılan fotolar əsasında yaradılıb.

29 avqust 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Üzeyir Hacıbəylinin yeni heykəlinin açılışı olub.

Coğrafi koordinatları – 39°45’56.3″N 46°45’06.5″E

FacebookTwitterWhatsappTelegramEmail