54
Güllələnmiş heykəllər Şuşa şəhərində yerləşən abidələrdir. 1982-ci ildə Şuşa şəhərində Üzeyir Hacıbəylinin, Xurşidbanu Natəvanın və Bülbülün heykəli ucaldılıb.
İşğal zamanı heykəllər erməni vandalizmi nəticəsində zərər görüb. Natəvanın baş barmağı yox idi, Üzeyir bəyin eynəyi sındırılmış, Bülbülün isə tunc alnı qabarmışdı. Ermənilər heykəlləri Ermənistana aparıb, orada əridib satmaq fikrində idilər. 1993-cü ildə görülmüş tədbirlər nəticəsində həmin heykəllər Bakıya gətirilib və İncəsənət muzeyinin həyətində qorunub saxlanılıb.
2021-ci ildə heykəllər İncəsənət muzeyindən götürülüb, yenidən Şuşa şəhərinə gətirilib.
Coğrafi koordinatları – 39°45’49.7″N 46°45’05.5″E






