62
Böyük Vətən müharibəsi iştirakçılarının xatirə kompleksi Şuşa şəhərində yerləşən İkinci Dünya müharibəsinin iştirakçılarına həsr olunmuş abidədir.
Xatirə kompleksi SSRİ hakimiyyəti dövründə salınıb. Kompleksin tərkibinə sovet əsgərlərinin barelyefləri, park və “Analar heykəli” daxildir. Şuşa şəhərinin işğal edilməsindən sonra kompleks vandalizmə məruz qalıb. Kompleksdə olan əsgərlərin barelyefləri güllələnib, “Analar heykəli” zərər görüb, əbədi məşəl söndürülüb.
Coğrafi koordinatları – 39°46’02.8″N 46°45’03.5″E






