MALİKANƏLƏR

Cabbar Qaryağdıoğlunun evi

Cabbar Qaryağdıoğlunun evi XVIII əsrdə Şuşa şəhərinin Seyidli məhəlləsində tikilmiş yaşayış binasıdır. Malikanə xanəndə, bəstəkar, musiqi xadimi, Azərbaycan SSR xalq artisti, Azərbaycan xanəndəlik sənətinin nümayəndələrindən biri Cabbar Qaryağdıoğlunun yaşadığı evdir.

Binanın fasadları tikiş doldurma üslubu ilə işlənib. İki mərtəbəli binanın birinci mərtəbəsi həyət tərəfdən sütunlarla həll olunub və sivri tağlarla tamamlanıb. İç tərəfdə-ikinci mərtəbədə xüsusi eyvan quraşdırılıb.

Yaşayış binası Şuşa şəhərinin işğalından sonra ermənilər tərəfindən dağıdılıb.

Tikili ölkə əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 380

Coğrafi koordinatları – 39°45’28.6″N 46°45’24.0″E

FacebookTwitterWhatsappTelegramEmail