35
Məşədi Hüsünün yaşayış evi XVIII əsrdə Şuşa şəhərində tikilmiş yaşayış binasıdır.
Şuşa tacirlərindən olan Məşədi Hüsünün evi küçə tərəfdən birmərtəbə yarım kimi görsənməsinə baxmayaraq, iç tərəfdən bina ikimərtəbəlidir. Mürəkkəb plan quruluşu olan binanın bir hissəsində bişmiş kərpiclə qurulmuş tağlı zirzəmi vardır.
Yaşayış binası Şuşa şəhərinin işğalından sonra ermənilər tərəfindən dağıdılıb, tağ daşları sökülərək oğranıb.
Tikili yerli əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 5133
Coğrafi koordinatları – 39°45’32.8″N 46°45’16.0″E





