35
Məşədi Qaranın evi XVIII əsrdə Şuşa şəhərinin Seyidli məhəlləsində tikilmiş ən böyük yaşayış evlərindən biridir. Şuşalı tacir Məşədi Qaranın sifarişi ilə tikilən yaşayış evi ikimərtəbəli zirzəmili olmaqla mürəkkəb plan quruluşuna malikdir.
Binanın baş fasadı daxili həyətə, iç fasadı isə çöl həyətə açılır. Hazırda binanın xarabalıqları qalıb.
Saray yerli əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 5152
Coğrafi koordinatları – 39°45’28.5″N 46°45’22.8″E






