BULAQLAR

Xan qızı bulağı

Xan qızı bulağı XIX əsrdə Şuşa şəhərinə çəkilmiş bulaqlardan biridir.

Xan qızı Xurşidbanu Natəvan 1871-ci ildə əhalini içməli su ilə təmin etmək üçün Şuşaya su kəməri çəkdirərək, evinin qarşısında bulaq tikdirib. Su kəməri şəhərdən yeddi kilometr aralıda Sarıbaba dağının ətəyindən çəkilib. Kəmərin tikinti işləri 1 il 6 ay davam edir və 1873-cü il avqustun 18-də uğurla başa çatır. Xurşidbanu Natəvan bulağın çəkilməsinə 100 min manat qızıl pul xərcləyir.

Su kəməri saxsı borularla çəkildiyi üçün suyu sərin olurdu. Sonradan saxsı borular bürünc borularla əvəz edilib. Bulaq ağ mərmərdən tikilib, 12 gözdən və 8 guşəli çarhovuzdan ibarətdir.

Şuşa işğal edildikdən sonra bulaq baxımsız qalıb. Nəticədə bulağın suyu quruyub, özü isə baxımsız vəziyyətə düşüb.

12 may 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə bulağın açılışı olub.

Bulaq yerli əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 5043

Coğrafi koordinatları – 39°45’51.3″N 46°45’03.7″E

FacebookTwitterWhatsappTelegramEmail