80
İsa bulağı Şuşa rayonu ərazisində məşhur bulaqlardan və tarixi yerlərdən biridir.
Bulaq Şuşa şəhərindən iki kilometr aralı, dəniz səviyyəsindən təqribən 1500 metr hündürlükdə, meşədə yerləşir. Azərbaycan təbiətinin nadir incilərindən sayılır. Yyerli əhalinin məlumatına görə, bulaq XVIII əsrdə ilk dəfə onu qalın meşəlikdə üzə çıxarmış İsa adlı əkinçinin adını daşıyır.
Bulağın özü mərmərdən hazırlanıb, İsa Bulağı sözü isə milli ornamentlə yazılıb və bulağın su təminatı da tam bərpa olunub.
Bulaq ölkə əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 349
Coğrafi koordinatları – 39°44’38.4″N 46°42’33.3″E







