BULAQLAR

Çöl Qala bulağı

Çöl Qala bulağı XIX əsrdə tikilmiş Şuşa şəhərində yerləşən bulaqlardan biridir. Bulaq Çöl Qala məhəlləsində Çöl qala məscidinin yaxınlığında yerləşir. Şuşa şəhəri işğal ediləndən sonra bulaq dağıdılıb, daş kitabələri məhv edilib.

2025-ci il martın 27-də bərpa edilən Çöl Qala bulağının açılışı olub. Dördbucaqlı formada olan bulaq yaxınlıqdakı məscidlərin üslubunda inşa edilib. Bərpa prosesində bulağın orijinal memarlıq üslubu qorunub, strukturu möhkəmləndirilib və əvvəlki görünüşü özünə qaytarılıb.

Bulaq yerli əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 5101

Coğrafi koordinatları – 39°45’51.0″N 46°45’15.0″E

FacebookTwitterWhatsappTelegramEmail