BULAQLAR

Şuşa şəhərinin məhəllə bulaqları

Şuşa şəhərində 17 məhəllə var idi ki, onların hər birinin məscidi, bulağı və hamamı mövcud olub. Məhəllə bulaqlarının əksəriyyəti kifayət qədər yığcam, ölçüləri kiçik, adətən kub formada arxitekturaya malik olub.

Bulaqların hamısı Şuşanın işğalından sonra qurudulub, dağıdılıb və ya məhv edilib. Bulaqların ətrafındakı tikililərin üzərindəki yazıları tamamilə silib üstünə xaç işarəsi çəkilib.

Şuşa şəhəri işğaldan azad ediləndən sonra bulaqlara su gəlişi bərpa edilib.

Bulaqlar yerli əhəmiyyətli memarlıq abidələridir. İnventar nömrəsi: 5044, 5053, 5067, 5099

FacebookTwitterWhatsappTelegramEmail