TƏBİƏT

Şuşanın dağları

Şuşa şəhərinin Cıdır düzünün qərb tərəfi bir-birinin arxasında yerləşən üç hündürlükdən ibarətdir. Bu təpələrə “Üçmıx” adı verilib.

Cıdır düzündən bir qədər aşağıda qırx pilləkən deyilən dik pilləli yol Daşaltı kəndinə, Qarqar çayına aparır. Şuşadan Daşaltıya olan məsafəni qısaltmaq məqsədilə düzəldilmiş bu pillələr iri dağ yarığında iki cərgə dik qayanın arasında yerləşir. Qırxpilləkənə “Dəlikdaş” da deyilir. “Xəzinə qala”mağarası da burada yerləşir.

Coğrafi koordinatları – 39°45’04.3″N 46°45’31.1″E

FacebookTwitterWhatsappTelegramEmail