TƏBİƏT

Azıx mağarası

Azıx mağarası insanların yaşadığı ən qədim mağaradır. Mağara dünyanın ən qədim insan məskənlərindən biridir.

Azıx mağarası Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz dağlarının cənub-şərq yamacında, Xocavənd rayonunun Azıx kəndində, dəniz səviyyəsindən 900 metr hündürlükdə yerləşən mağara kompleksidir. Azıx mağarasının sahəsi 800 kvadrat km-dir. Burada uzunluğu 600 metrə qədər uzanan 8 dəhliz vardır. Dəhlizlərin bəzilərinin hündürlüyü 20-25 metrə qədərdir.

Mağaranı 1960-cı ildə Azərbaycan arxeoloqu Məmmədəli Hüseynovun rəhbərlik etdiyi ekspedisiya kəşf edib. 1968-ci ildə M. Hüseynovun uzun zamandan bəri Azıx mağarasında apardığı qazıntıların nəticəsi olaraq Neandertal tipə məxsus olan bir insanın alt çənə sümüyü aşkar edilib. Tapıntı üzərində aparılan tədqiqatlardan sonra onun ən azı 350-400 min illik bir tarixi olduğu məlum olub.

Azıx mağarasından tapılmış çənə sümüyü qədimliyinə görə dünyada dördüncü yerdədir.

Mağara dünya əhəmiyyətli arxeoloji abidəsidir. İnventar nömrəsi: 22

Coğrafi koordinatları – 39°37’09.1″N 46°59’19.0″E

FacebookTwitterWhatsappTelegramEmail