TƏBİƏT

Cıdır düzü

Cıdır düzü Şuşa şəhərinin cənub-şərqində, Qarqar çayı dərəsinin yuxarı hissəsində, dəniz səviyyəsindən təxminən 1800 metr yüksəklikdə qayalıqlar üzərində yerləşən ərazidir. Cıdır düzündən 200 metr aşağıda dərə boyunca Qarqar çayı axır.

Ərazisinin böyüklüyünə və hamarlığına görə Qarabağ xanlığının dövründə burada at yarışları və çövkən oyunları, Novruz və digər el şənlikləri keçirilirdi.

Coğrafi koordinatları – 39°45’10.0″N 46°45’30.6″E

FacebookTwitterWhatsappTelegramEmail