MUZEYLƏR

Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğu

A+A-
Sıfırla

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu Ağstafa rayonunun Ceyrançöl ərazisində yerləşən qoruqdur.

Qoruğun ərazisində 100-ə qədər ilkin və orta əsrlər dövründə yaradılmış süni və təbii mağaralar, qədim yaşayış yerləri, 100-ə yaxın son tunc və ilkin dəmir dövrünə aid kurqanlar, Qafqaz Albaniyasının yerli əhalisi tərəfindən ilkin orta əsrlərdə sıldırım dik qaya üzərində müdafiə məqsədilə inşa edilmiş, 11 metr hündürlüyündə üçmərtəbəli bir qala, üzü cənub istiqamətinə baxan, bir birindən 1500 metr aralıda yerləşən və yerli daş materiallardan inşa olunmuş iki alban məbədi mövcuddur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 dekabr 2007-ci il Sərəncamı ilə mağaralar kompleksindəki zəngin tarixi-etnoqrafik, mədəniyyət abidələrinin daha da dərindən öyrənilməsi, qorunması və təbliği məqsədilə ərazi tarix-mədəniyyət qoruğu elan edilib.

Qoruğun ərazisindəki strateji cəhətdən ən hündür yüksəkliklərin biri Azərbaycan Prezidentinin şərəfinə “İlham Əliyev zirvəsi” adlandırılıb.

Coğrafi koordinatları – 41°20’28.3″N 45°16’38.4″E

FacebookTwitterWhatsappTelegramEmail

DİGƏR ABİDƏLƏR