12
Hüseyn Arifin ev-muzeyi Azərbaycan Xalq şairi Hüseyn Arifin Ağstafa şəhərində doğulduğu evdə ölümündən sonra yaradılmış muzeydir.
Muzey 1993-cü ildən fəaliyyət göstərir. Ümumi sahəsi 250 kvadrat metr olan muzeydə 2000-dən artıq eksponat var. Şairin sağlığında ona rayonda yaşadığı vaxtlarda işlədiyi otağı – yatdığı taxt, şeirlərini yazdığı masa, eynəyi, qələmləri, qələmdanları, hətta, çay istəkanı və çay qaşığı belə – olduğu kimi qorunub saxlanılır.
Muzey yerli əhəmiyyətli xatirə abidəsidir. İnventar nömrəsi: 5616
Coğrafi koordinatları – 41°06’31.0″N 45°26’41.4″E






















