TƏBİƏT

Keşikçidağ mağaralar kompleksi

A+A-
Sıfırla

Keşikçidağ mağaralar kompleksi Ağstafa rayonunun Ceyrançöl ərazisində yerləşən mağaralardır.

Mağaralar Qatardağ silsiləsində, Candar gölündən 15 km şimali-şərq istiqamətində, dəniz səviyyəsindən 750-950 metr hündürlükdə dağların cənub və cənubi-şərq tərəfindəki sıldırım qayalıqlarda yerləşir. Qoruğun ərazisində 70-dək mağara var.

Bu ərazilərdə yerləşən təbii mağaraların 2 min il yaşı var. Süni mağaraların yaranması isə VIII-XV əsrlərə təsadüf edir. Onların əksəriyyəti sıldırım qumsal qayaları yarıb çapma və yaxud yonma üsulu ilə yaradılıb.

Mağaralar dünya əhəmiyyətli arxeoloji abidədir.

Coğrafi koordinatları – 41°24’07.4″N 45°24’01.2″E

FacebookTwitterWhatsappTelegramEmail

DİGƏR ABİDƏLƏR