17
Xudu baba türbəsi XX əsrin əvvəlinə aid Goranboy rayonunun Səfikürd kəndində yerləşən tikilidir.
Türbə kənd qəbirstanlığında çay daşı ilə bişmiş kərpicin birlikdə naxış şəklində işlədilməsi ilə hörülüb. Divarın hündürlüyü 2,2 metr, bişmiş kərpiclə hörülmüş gümbəzin hündürlüyü 2 metr, türbənin ümumi hündürlüyü 4,3 metrdir.
Türbə yerli əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi:4261
Coğrafi koordinatları – 40°32’00.2″N 46°46’40.9″E
© 2025-2026 — Gilavar Foto Klubu. Bütün müəllif hüquqları qorunur.