TÜRBƏLƏR

Mirzə Adıgözəl bəy türbəsi

A+A-
Sıfırla

Mirzə Adıgözəl bəy türbəsi XIX əsrə aid Goranboy rayonunun Rəhimli kəndində yerləşən türbədir.

Türbənin daxili ölçüləri 5.8×5.8 metr, fasad divarlarının qalınlığı isə 82 sm-dir.

Rəhimli kənd qəbirsanlığında ümumilikdə altı türbə dövrümüzə çatıb. Onlardan dörd böyük türbə bişmiş kərpicdən, iki kiçik türbə isə çaydaşından inşa edilib. Kvadrat formalı bişmiş kərpicdən inşa edilmiş türbələr eyni xətt üzrə, bir-birindən təxminən 10 metr aralıda inşa edilib.

Türbələrin fasadında, qərb divarına hörülmüş gips lövhə üzərindəki kitabələrdən məlum olur ki, onlardan birində Azərbaycan tarixçisi Mirzə Adıgözəl bəy, digərlərində isə onun ailə üzvləri dəfn ediliblər. Mirzə Adıgözəl bəy türbəsinin üzərində alimin vəfat etdiyi tarix 1847/1848 olaraq göstərilib.

Türbə yerli əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 4265

Coğrafi koordinatları – 40°34’48.6″N 46°44’36.9″E

FacebookTwitterWhatsappTelegramEmail

DİGƏR ABİDƏLƏR