56
Xankəndi Azərbaycan Respublikasının ərazisində, Qarabağ iqtisadi rayonunda, Şuşa və Xocalı rayonunun arasında, Qarqarçayının sahilində, Qarabağ silsiləsinin şərq ətəyində yerləşən şəhərdir. Ərazisinin çox hissəsi dağlıq, dağətəyi zonada keçir. Sahəsi 8 km²-dir. Paytaxt Bakıdan 329 km uzaqlıqda yerləşir.
Şəhər XVIII əsrin sonlarında Qarabağ xanlığı tərəfindən xanların istirahəti üçün yaşayış məskəni kimi salınır. İlk illər yeni yaşayış məskənində ancaq xan ailəsi və onun yaxınları yaşadığından el arasında “Xanın kəndi” kimi tanınır. Qısa bir müddətdən sonra Xankəndi adını alır.
Coğrafi koordinatları – 39°49’01.6″N 46°45’01.9″E











