59
Xocalı türbəsi XIV əsrə aid Xocalı şəhəri ərazisində qədim məzarlıqda, Xocalı kurqanları sahəsində yerləşən abidədir.
Yonulmuş ağ daşlardan tikilmiş abidənin on iki bucaqlı quruluşda olması və giriş qapısının çox qabarıq, lakin sadə daşdan oyma ornamentlə işlənməsi, Xocalı türbəsini dövrün başqa abidələrindən xeyli fərqləndirir. Xocalı türbəsinin daş üzü qopub töküldüyündən, onun xarici görünüşü qeyri-adi bir şəkil almışdır.
Türbə ölkə əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 252
Coğrafi koordinatları – 39°54’28.5″N 46°47’35.1″E

















