Qarabağ xanlığının idarə olunmasında yaxından iştirak edən və nüfuzlu siyasi xadim kimi tanınan böyük şəxsiyyət və şair Molla Pənah Vaqifə hörmət və ehtiramdan irəli gələrək Şuşa şəhərində Vaqifin türbəsi tikilib. Türbə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, sənətşünaslıq doktoru Əbdülvahab Salamzadə və əməkdar memar, memarlıq üzrə elmlər namizədi Eldar Kanukovun layihəsi əsasında tikilib. Türbənin tikintisi 1982-ci ildə başa çatdırılıb və abidənin açılışı o zaman AKP MK-nın sədri olan Heydər Əliyevin iştirakı ilə baş tutub.
1992-ci ildə Şuşa işğal etdikdən sonra məqbərəyə zərər dəymiş, metal şəbəkə örtüyü, şairin qəbri üstündəki qara qranit daşdan hazırlanmış sinə və baş daşı oğurlanmış, barelyefi sındırılaraq ayaqlar altına atılmışdır. Şuşa şəhəri işğaldan azad ediləndən sonra məqbərə Azərbaycan dövlətinin vəsaiti hesabına qısa müddət ərzində əvvəlki görkəmində bərpa edilmişdir.
Türbə ölkə əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 367
Coğrafi koordinatları – 39°45’19.5″N 46°45’30.0″E



















