13
2 nömrəli körpü XIX əsrə aid Gədəbəy rayonunun Səbətkeçməz kəndində tikilən körpüdür.
Viaduk üslubunda və 6 tağlı körpü Siemens qardaşları tərəfindən inşa etdirilib. Bu körpülərin sayı 7-dir. Onlardan bəziləri günümüzədək gəlib çatıb, bəziləri isə dağılıb. Simens körpüləri 1879-cu ildə Gədəbəy rayonunda Cənubi Qafqazda ilk dəfə uzunluğu 28 kilometr olan Gədəbəy-Qalakənd arasında çəkilmiş dəmir yolu ilə bağlı salınmış körpülərdir.
Körpü yerli əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 4245
Coğrafi koordinatları – 40°30’30.2″N 45°44’06.6″E
© 2025-2026 — Gilavar Foto Klubu. Bütün müəllif hüquqları qorunur.