KÖRPÜLƏR

3 nömrəli körpü

A+A-
Sıfırla

3 nömrəli körpü XIX əsrə aid Gədəbəy rayonunun Səbətkeçməz kəndində tikilən körpüdür.

Viaduk üslubunda olan körpü Siemens qardaşları tərəfindən inşa etdirilib. Bu körpülərin sayı 7-dir. Onlardan bəziləri günümüzədək gəlib çatıb, bəziləri isə dağılıb. Simens körpüləri 1879-cu ildə Gədəbəy rayonunda Cənubi Qafqazda ilk dəfə uzunluğu 28 kilometr olan Gədəbəy-Qalakənd arasında çəkilmiş dəmir yolu ilə bağlı salınmış körpülərdir.

Körpü yerli əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 4246

Coğrafi koordinatları – 40°30’27.9″N 45°44’01.0″E

FacebookTwitterWhatsappTelegramEmail

DİGƏR ABİDƏLƏR