MƏBƏDLƏR

Əyyub ağa məscidi

A+A-
Sıfırla

Əyyub ağa məscidi 1862-ci ildə Ağstafa rayonunun Dağ Kəsəmən kəndində tikilmiş məsciddir.

Məscidin hündürlüyü 30 metrə yaxındır. Günbəzi dörd tağ üzərində dayanmışdır. Mehrabının hündürlüyü 3,5 metrdir, tağvari formadadır. Döşəməsi bişmiş kərpiclə işlənib. Məscidin bir giriş qapısı və altı pəncərəsi vardır. Günbəzin diametri 7 metrdir. Günbəzin fasad tərəfi bişmiş kərpiclə işlənmişdir. Məscidin giriş qapısının sağ tərəfində Əyyub ağanın qəbri yerləşib.

Məscid yerli əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 4083

Coğrafi koordinatları – 41°05’49.8″N 45°23’45.8″E

FacebookTwitterWhatsappTelegramEmail

DİGƏR ABİDƏLƏR