10
Həmşivəng monastırı 1634-cü ildə Gədəbəy rayonunun Böyük Qaramurad kəndində tikilmiş alban məbədidir.
Əsas kilsə binası, yarımdairəvi altar apsidasına malik uzadılmış düzbucaqlı formasına malikdir. İkisi müstəqil dayanan ikisi isə divar qarşısında ucaldılmış sütunlar və onlar üzərində ucaldılmış oxvari tağlar kilsənin interyerini üç nefə bölür.
Divar hörgüsü və dam örtüyü kobud yonulmuş daşlardan, tağlar, sütunlar, altar apsidasının çərçivəsi isə əla yonulmuş yüksək keyfiyyətli daşlardan icra edilib.
Məbəd yerli əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 4250
Coğrafi koordinatları – 40°35’02.6″N 45°39’08.4″E












































