KURQANLAR

Töyrətəpə yaşayış yeri

A+A-
Sıfırla

Töyrətəpə yaşayış yeri e.ə. VI-IV minilliklərə aid Ağstafa rayonunun Aşağı Göycəli kəndində yerləşən insanların yaşayış məskənidir.

Çoxtəbəqəli yaşayış yerində Neolit, Eneolit və Tunc dövrünə aid mədəni təbəqə aşkar edilib. Təpənin diametri təxminən 100, hündürlüyü isə 6 metrdir.

Qazıntılar zamanı gillə suvanmış toxuma divarlı tikinti qalıqları, dördkünc formalı qurğular, gil möhürlər və müxtəlif formalı gil qablar aşkar olunub. Töyrətəpə yaşayış yerində rast gəlinən keramika məmulatının bir qismi basma naxışlıdır.

Yaşayış yeri dünya əhəmiyyətli arxeoloji abidədir. İnventar nömrəsi: 30

Coğrafi koordinatları – 41°06’57.8″N 45°28’41.9″E

FacebookTwitterWhatsappTelegramEmail