3
Yanıqlı körpüsü XVII əsrə aid Tovuz rayonunun Yanıqlı kəndində Zəyəmçay üzərində tikilən körpüdür.
Körpü yerli əhali tərəfindən “Xan körpüsü” adlandırılıb. Şəhər təsərrüfatında böyük rol oynayan körpü Karvan-Turan yolunun şaxələrindən biridir.
Körpü yerli əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 5192
Coğrafi koordinatları – 40°49’59.7″N 45°40’40.2″E














