KÖRPÜLƏR

1 nömrəli körpü (Qanlı körpü)

A+A-
Sıfırla

1 nömrəli körpü XIX əsrə aid Gədəbəy rayonunun Səbətkeçməz kəndində tikilən körpüdür.

Viaduk üslubunda və 6 tağlı körpü Siemens qardaşları tərəfindən inşa etdirilib. Bu körpülərin sayı 7-dir. Onlardan bəziləri günümüzədək gəlib çatıb, bəziləri isə dağılıb. Simens körpüləri 1879-cu ildə Gədəbəy rayonunda Cənubi Qafqazda ilk dəfə uzunluğu 28 kilometr olan Gədəbəy-Qalakənd arasında çəkilmiş dəmir yolu ilə bağlı salınmış körpülərdir.

Bu körpünün faciəli tarixçəsi var. Mədəndə işləyən fəhlələri işdən evə daşıyan vaqon körpünün üstündən keçərkən körpü aşıb. Nəticədə vaqonda olan fəhlələrin hamısı həlak olub. O gündən sonra yerli sakinlər tərəfindən bu körpüyə “Qanlı körpü” adı verilib.

Körpü yerli əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 4244

Coğrafi koordinatları – 40°31’50.4″N 45°45’06.0″E

FacebookTwitterWhatsappTelegramEmail

DİGƏR ABİDƏLƏR