QALALAR

Dəlmə qalaçası

A+A-
Sıfırla

Dəlmə qalaçası Son Tunc dövrünə aid Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində tikilən keşikçi və müdafiə məntəqəsidir.

Ümumi ərazisi 5000 m² olan qalaça oval formadadır. Qalaçanın divarları biri digərindən 10 m aralı olmaqla üç konsentrik sıra ilə yerləşib. Qalaçanın nisbətən salamat qalmış cənub divarlarının hündürlüyü 2,5 m, bəzi yerlərdə isə divarlarının hündürlüyü 3 m-ə qədərdir. Qalaçanın əsas tikinti materialı çay daşı və əhəngdaşıdır.

Qalaça ölkə əhəmiyyətli arxeoloji abidədir. İnventar nömrəsi: 1012

Coğrafi koordinatları – 40°32’26.3″N 45°40’19.8″E

FacebookTwitterWhatsappTelegramEmail

DİGƏR ABİDƏLƏR