17
Koroğlu qalası XVI əsrə aid Gədəbəy rayonunun Qalakənd kəndində yerləşən qaladır.
Qala sıldırım qayalığın zirvəsində yerləşir. Azərbaycanın xalq qəhrəmanı Koroğlunun adı ilə bağlı qalalara Şəmkir, Gədəbəy, Tovuz və digər bölgələrdə rast gəlinirr. Koroğlu qalalarının ümumi cəhəti onların hərbi-strateji baxımdan uca, əlçatmaz yerlərdə tikilməsidir. Koroğlu qalaları özünəməxsus memarlıq xüsusiyyətlərinə də malikdir.
Qala ölkə əhəmiyyətli arxeoloji abidədir. İnventar nömrəsi: 216
Coğrafi koordinatları – 40°29’20.4″N 45°45’10.5″E































































