TÜRBƏLƏR

Türbə kompleksi (Rəhimli kəndi)

A+A-
Sıfırla

Türbə kompleksi XIX əsrə aid Goranboy rayonunun Rəhimli kəndində yerləşən türbələrdir.

Rəhimli kənd qəbiristanlığında ümumilikdə altı türbə dövrümüzə çatıb. Onlardan dörd böyük türbə bişmiş kərpicdən, iki kiçik türbə isə çaydaşından inşa edilib. Türbələrin fasadında, qərb divarına hörülmüş gips lövhə üzərindəki kitabələrdən məlum olur ki, onlardan birində Azərbaycan tarixçisi Mirzə Adıgözəl bəy, digərlərində isə onun ailə üzvləri dəfn ediliblər.

Türbələr yerli əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 4263

Coğrafi koordinatları – 40°34’48.5″N 46°44’36.7″E

FacebookTwitterWhatsappTelegramEmail

DİGƏR ABİDƏLƏR