39
Yuxarı məscidi mədrəsəsi XVIII əsrdə Şuşa şəhərində Yuxarı Gövhər ağa məscidi əhatəsində tikilmiş mədrəsədir.
Mədrəsə Yuxarı Gövhərağa məscidinin nəzdində fəaliyyət göstəririb. Sovetlər dönəmində mədrəsə binasının məscidin qarşısındakı hissəsi məscidin qarşısının açılması məqsədi ilə sökülüb və günümüzə mədrəsə binasının yalnız bir qanadı gəlib çatıb. Sovetlər dönəmində binadan müxtəlif təyinatlar üzrə istifadə edlib.
Bina Şuşa şəhərinin işğalından sonra ermənilər tərəfindən dağıdılıb. Şuşa şəhəri işğaldan azad ediləndən sonra bina bərpa edilib.
Tikili ölkə əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 360
Coğrafi koordinatları – 39°45’36.9″N 46°45’08.7″E






