67
Qarabağ Universiteti Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsidir. Qarabağ Universiteti Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə yaradılıb. Universitet Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malikdir.
Qarabağ Universiteti 1969-cü ildə Xankəndi şəhərində yaradılmış Azərbaycan Pedaqoji İnstitutunun binasında fəaliyyət göstərir. 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərib. İşğal dövründə isə fəaliyyəti dayandırıb.
Əsaslı təmirdən sonra 20 sentyabr 2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə universitetin açılış mərasimi keçirilib.
Coğrafi koordinatları – 39°49’30.0″N 46°45’42.6″E















