87
Qarabağ hotel Şuşa şəhərində fəaliyyət göstərən mehmanxana binasıdır.
1980-ci ildə inşa edilən hotelin binası 1992-ci ilin mayında Şuşa şəhərinin işğalı nəticəsində öz fəaliyyətini dayandırıb və baxımsızlıqdan tamamilə yararsız vəziyyətə düşüb.
Hoteldə təmir-bərpa və yenidənqurma işləri həyata keçirilib. Hotelə yaxın olan parkın ərazisi abadlaşdırılıb, fəvvarələr qurulub və park işğaldan əvvəlki görkəminə qaytarılıb.
29 avqust 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə hotelin açılış mərasimi keçirilib.
Coğrafi koordinatları – 39°45’44.3″N 46°45’05.1″E



