MƏBƏDLƏR

Müqəddəs Tanrı anası kilsəsi (Hünərli kəndi)

Müqəddəs Tanrı anası kilsəsi Xocavənd rayonunun Hünərli kəndi ərazisində yerləşən alban məbədidir.

Kilsə ərazisindəki ən qədim tarixə malik xaçdaşlardan biri üzərindəki yazı 1198-ci ilə aidddir. Kilsə timpanındakı digər kitabədən tikilinin 1682-ci ildə köhnə kilsənin əsasında bərpa edildiyi məlum olur. Vaxtilə burada mövcud olmuş qədim monastır kompleksindən dövrümüzə yalnız əsas kilsə binası çatıb.

Kilsə xaricdən düzbucaqlı, daxildən isə günbəzli bazilika formasındadır. Kilsə divarları daxildən əhəng məhlulu ilə suvanıb. Tağlar, nişlər və altar karnizlərinin inşasında yaxşı yonulmuş mavi tonlu daşlar, digər divar hörgüsündə isə kobud yonulmuş yerli daşlardan istifadə edilib. Divarların qalınlığı bir metrdən artıqdır. Altar yanlarında köməkçi otaqlar, altar və onun iki tərəfindən dama qalxan pilləkənlər yerləşən Kilsənin sol tərəfdəki köməkçi otağının tavanında qədim dövrə aid olduğu ehtimal edilən ilan qabartması formasında bədii ornament mövcuddur.

Məbəd ölkə əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 230

Coğrafi koordinatları – 39°34’10.8″N 46°59’12.0″E

FacebookTwitterWhatsappTelegramEmail