47
Müqəddəs Georgi monastırı Xocalı rayonunun Xanabad kəndində yerləşən məbəddir. Mənbələrdə monastırın inşaat kitabəsinın 1263-cü ilə aid olduğu qeyd edilir. Lakin kilsə divarlarındakı kitabələrdən sonrakı yüzilliklərdə burada dəfələrlə yenidənqurma və inşaat işləri aparıldığı məlum olur.
Kilsə ərazisində 10-dan çox kitabə aşkar edilib. Bu kitabələrin mətnindən monastır ərazisində XVI-XVII əsrlər boyu yenidənqurma işləri aparıldığı məlum olur. Kilsənin şərq tərəfində üç mərtəbəli köməkçi otaqlar, qərb fasadında isə dağılmış tikilinin – narteksin qalıqları vardır.
Məbəd ölkə əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 265







