Minkənd məbədi
Minkənd məbədi Laçın rayonunun Minkənd kəndinin mərkəzində yerləşir. Qafqaz Albaniyası dövrünə aid üç nefli monastır tipli bazillikadır. Abidənin girişindəki lövhədə tarix olaraq 1675-ci il göstərilib.
Məbəd binası əksər alban kilsələrinin inşaat texnikasına uyğun olaraq yerli bazalt daşlar və əhəng qarışığı ilə inşa edilib. Abidənin uzunluğu 22,58 metr eni isə 12,6 metrdir.
2000-ci ildə ermənilər tərəfindən abidənin həm fasadında və həm də daxilində divarlara saxta yazılar yerləşdirilib. 2009-cu ildə Ermənistan hökumətinin dəstəyilə bu alban abidəsinin ilkin görüntüsü dəyişdirilib, divarlarındakı yazılar və oymaların bir qismi tamamilə silinib, bir qismi də dəyişdirilib. Abidənin üzərindəki zəng qülləsi sökülərək dəmir örtüklə əvəzlənib. Binanın içərisində erməni-qriqoriyan xaçlarından ibarət dekorasiyalar yerləşdirilib.
Məbəd yerli əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 4745
Coğrafi koordinatları – 39°42’33.3″N 46°15’17.0″E


























