55
Malıbəyli hamamı XIX əsrə aid Xocalı rayonunun Malıbəyli kəndinin şimal-şərqində tikilən ümumi hamamdır.
Hamamın ayrıca kanalizasiya xətti, isti və soyuq suyu var idi. Bu hamam tikilisi Şərq memarlığı üslubunda inşa edilib, sal daşlardan, dağ və çaylaq daşlarından tikilib. Hamam 1960-cı ilə qədər istifadədə olub. Yerli əhalinin dediklərinə görə, hamamda həftənin cümə günlərində qadınlar, qalan günlərində isə kişilər çimərdilər.
Tikili yerli əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 5054
Coğrafi koordinatları – 39°50’02.0″N 46°47’32.9″E













