MƏBƏDLƏR

Çöl Qala məscidi

Çöl Qala məscidi XIX əsrdə tikilmiş Şuşa şəhərinin Çöl Qala məhəlləsində yerləşən məsciddir. Bu tarixi abidə Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa olunub. Məscid minarəsiz formada tikilib, Şuşa şəhərinin əksər məscidləri kimi düzbucaqlı, ümumi girişi isə asimmetrik şəkildə düzülmüş əsas fasaddan ibarət olub.

Çöl Qala məscidinin interyeri tamamilə islam memarlığına uyğundur. Məscidin daxili hissəsi səkkizguşəli dörd daş sütunla bəzədilib. Bu sütunlar ümumi ibadət zalını üç hissəyə ayırır. Məscidin mehrabı ilə üzbəüz ümumi ibadət zalının içərisində qadınlar üçün açıq ibadət zalı tikilib.

Çöl Qala məscidinin yaxınlığında isə XIX əsrə aid Çöl Qala bulağı yerləşir. Bulağın divarları dördbucaq formasında olub və yaxınlığında yerləşən məscidlərin üslubunda tikilib. İşğal dövründə bulaq da dağıdılıb, daş kitabələri məhv edilib.

Məscid Şuşa şəhərinin işğalından sonra ermənilər tərəfindən dağıdılıb və talan edilib.

27 mart 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə məscidin və ona bitişik bulağın bərpadan sonra açılış mərasimi keçirilib.

Məscid yerli əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 5103

Coğrafi koordinatları – 39°45’51.5″N 46°45’13.6″E

FacebookTwitterWhatsappTelegramEmail