Ağoğlan monastırı və ya Sisərnəvəng Laçın rayonu Kosalar kəndi ərazisində, Ağoğlançayın sağ sahilində, Azərbaycan-Ermənistan sərhəd xətti yaxınlığında yerləşən, V-VI əsrlərə aid Qafqaz Albaniyasına aid bazilikadır. Monastır Sünik vilayətini ilə sərhəd tarixi Xaçın ərazisində yerləşir.
Əfsanəyə görə monastır kompleksi daha qədim politeist məbədinin yerində inşa edilib. Xristian inancına görə isə monastırda Müqəddəs Georginin relikviyası saxlanılıb. Ağoğlan adının yerli əhalinin astral dini görüşləri ilə bağlı olduğu və Günəşə sitayişlə əlaqədar olduğu ehtimal edilir.
Abidə inşaat kitabəsinə malik deyildir. Lakin, memarlıq xüsusiyyətlərinə əsasən onun üç əsas inşaat mərhələsi keçdiyi güman edilir. Kilsə ilkin mərhələdə sadə düzbucaqlı formaya malik apsidasız bazilika olub.
İşğal dövründə Ağoğlan məbədinin həyətindəki qədim alban dövrünə aid stellanı da yox edilərək yerinə İrəvandan gətirilən 2 ədəd saxta xaçdaş qoyulub. Kompleksin həyətinə sağ tərəfdən giriş qapısının yaxınlığında cərgə ilə 3 məzar daşı basdırılmış və binanın fasadı sökülərək dəmir örtüklə əvəzlənib.
Məbəd ölkə əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 310
Coğrafi koordinatları – 39°38’40.3″N 46°24’28.2″E


























































