MƏBƏDLƏR

Yanıqlı məscidi

A+A-
Sıfırla

Yanıqlı məscidi və ya Şah Abbas məscidi XVII əsrə aid Tovuz rayonunun Yanıqlı kəndində tikilən məsciddir.

Məscid I Şah Abbasın Səfəvilər ərazisində inşasına fərman verdiyi 999 məsciddən biridir. Məscidin memar Şeyx Bəhaəddin tərəfindən inşa edildiyi güman edilir. 1930-cu illərə kimi fəaliyyət göstərən məscid binasından, Sovet dövründə anbar kimi istifadə edilib. 1984-1986-cı illərdə tikilidə əsaslı təmir işləri aparılıb.

Məscid xarici görünüşünə görə kvadrat formasına malikdir. Daxildən binanın şərq tərəfindəki künclərdə bir mərtəbəli, qərb tərəfindəki künclərdə isə iki mərtəbəli künc otaqları yerləşdirilib. Bina həcminin qalan hissəsini xaçvari ibadət zalı təşkil edir. Zalın mərkəzi hissəsi günbəzlə, xaçın qanadları isə tağ-tavanla örtülüb.

Məscid ölkə əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 382

Coğrafi koordinatları – 40°50’11.3″N 45°40’34.1″E

FacebookTwitterWhatsappTelegramEmail

DİGƏR ABİDƏLƏR