Zəfər parkı Xankəndi şəhərində yerləşən parkdır.
Parkın girişindən Zəfər tağına doğru 44 pilləkən salınıb. Onların mərkəzi hissəsində quraşdırılmış lövhələr üzərində müharibənin gedişi barədə məlumatlar, o cümlədən azad olunmuş yaşayış məntəqələrinin adları yazılıb. 2023-cü ildə keçirilmiş antiterror əməliyyatının nəticələrini əks etdirən məlumatlar da lövhələrdə qeyd olunub. Zəfər tağının hündürlüyü Vətən müharibəsi günlərinin sayına görə rəmzi olaraq 44 metr təşkil edir. Bina 10 mərtəbədən və terrasdan ibarətdir. Terrasda Zəfər Günü ilə bağlı 8 rəqəmini simvolizə edən konstruksiya inşa olunub. Doqquzuncu mərtəbədə “Zəfər qalereyası” sərgi-nümayiş zalı yaradılıb. Parkın ümumi sahəsi 9 hektardır.
Parkının təməli 19 fevral 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qoyulub. 24 dekabrda 2025-ci ildə dövlət başçısı və birinci xanım Mehriban Əliyeva parkın açılış mərasimində iştirak ediblər.
Coğrafi koordinatları – 39°48’56.0″N 46°44’51.0″E








